Modern.az

Bu müəllimlərin maaşı 35 faiz ARTACAQ

Bu müəllimlərin maaşı 35 faiz ARTACAQ

Təhsil

23 Oktyabr 2025, 17:44

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb. 

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.

Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.

Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?