Modern.az

İki universitetə 45 milyon ayrılacaq

İki universitetə 45 milyon ayrılacaq

Təhsil

24 Oktyabr 2025, 00:10

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.

 

Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası üzrə 100 nəfər) üzrə 2 500-dək tələbənin təhsil alması planlaşdırılır.

 

2025/2026-cı tədris ilindən etibarən isə universitetdə 4 000-dək tələbənin təhsil alması və onların yataqxanalarda yerləşdirilməsi nəzərdə tutulur.

 

Həmçinin 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq "Azərbaycan-Türkiyə Birgə Universiteti"nin mühəndislik və tibb ixtisasları üzrə 300 nəfər tələbənin təhsil alması planlaşdırılır.

 

Yeni ali təhsil müəssisəsinin fəaliyyətinin növbəti ildə təmin olunması üçün 6 milyon manat vəsait nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?