Repetitorluqla bağlı təkliflərimizi hazırlamışıq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.
O qeyd edib ki, təkliflər yaxın günlərdə təqdim ediləcək.
"Təhsil müəssisələrimizin optimallaşdırılması, müəllimlərimizin əməkhaqqı yükünün onların dərs saatlarına deyil, iş saatlarına uyğun olaraq müəyyən edilməsi kimi təkliflər, eyni zamanda repetitorlarla bağlı məsələyə də öz təsirini göstərəcək. Bu məsələni nə dərəcədə həll edə biləcəyik, indidən söyləməkdə çətinlik çəkirəm. Amma hesab edirəöm ki, buna təsir edəcək məsələlərdən biridir”, - nazir müavini bildirib.
İclas zamanı deputat Ceyhun Məmmədov bildirib ki, hətta sertifikasiyaya müraciət edən müəllimlər belə başqa müəllim yanına hazırlığa gedir.