Modern.az

Şagirdlərlə bağlı “Təqvim planı” təsdiqləndi

Şagirdlərlə bağlı “Təqvim planı” təsdiqləndi

Təhsil

28 Oktyabr 2025, 14:18

2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

"Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər", - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı