Modern.az

BDU-nun korpusu təmirə BAĞLANIR

BDU-nun korpusu təmirə BAĞLANIR

Təhsil

1 Dekabr 2025, 14:34

BDU-nun 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırlır. Qanunvericiliyə müvafiq olaraq, bununla əlaqədar sənədləşmə işləri aparılır və proses bitmək üzrədir.

Bu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Dövlət Universitetindən bildirilib. 

Qeyd edilib ki, əsaslı təmirdə binanın zirzəmisindən damına qədər bütün mərtəbələr, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulacaq, elmi-tədqiqat laboratoriyaları yeni cihaz və qurğularla təchiz olunacaq. Binada yerləşən kitab fondları və oxu zalları yenilənəcək, professor-müəllim heyəti üçün yaradıcılıq otaqları, xüsusi müzakirə otaqları və s. yaradılacaq. Binanın bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənəcək. Auditoriyalar ən müasir elektron avadanlıqlar, kondisioner və mebellərlə təzhiz olunacaq. Eyni zamanda binanın həyətyanı sahəsi və Universitetin ümumi girişi yenidən qurulacaq, abadlaşdırılacaq.

İnfrastrukturun yenilənməsi Universitetin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Tədris prosesinin təkmilləşdirilməsi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədilə maddi-texniki bazanın müasir tələblərə cavab verməsi üçün tədbirlər görülür.

Binanın əsaslı təmiri zamanı tələbələr müasir tədris prosesi üçün zəruri şəraiti olan məkanda dərslərinə davam edəcəklər. Tədrisin fasiləsizliyi təmin olunacaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu