Modern.az

Azərbaycanda bu müəllimlərin maaşı ARTIRILDI - RƏSMİ

Azərbaycanda bu müəllimlərin maaşı ARTIRILDI - RƏSMİ

Təhsil

1 Dekabr 2025, 19:50

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib.

 

Modern.az xəbər verir ki, Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb. 

 

Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:

 

- Professor 2150 AZN

 

- Dosent 1700 AZN

 

- Baş müəllim 1500 AZN

 

- Müəllim 1350 AZN

 

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə etmişdir. 

 

Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını a

rtımla alacaqlar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...