Modern.az

Emin Əmrullayev fəxri doktor oldu - FOTO

Emin Əmrullayev fəxri doktor oldu - FOTO

Təhsil

7 Dekabr 2025, 20:30

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin (GTU) Fəxri doktoru adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, fəxri ad Emin Əmrullayevə Tbilisiyə səfəri zamanı GTU-da təqdim olunub.

 

Təqdimat zamanı universitetin rektoru akademik David Qurgenidze qonaqlara Gürcüstan Texniki Universitetinin alimlərinin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, davam edən tədqiqatları barədə məlumat verib, tələbələrin dünyanın ən böyük elmi eksperimentlərində uğurlu iştirakından söz açıb.

 

Hər iki ölkənin nazirləri və dəvət olunmuş qonaqlar elmi layihələr sərgisində robototexnika, süni intellekt və müasir texnologiyalar üzrə innovativ layihələrini təqdim edən gürcü və azərbaycanlı tələbələrlə görüşüblər.

 

Tərəflər universitetlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə bir sıra təhsil və elmi layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

 

Rektor David Qurgenidze Gürcüstan Texniki Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin inkişafına verdiyi xüsusi töhfəyə görə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevi GTU-nun Fəxri doktoru adına layiq görüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı