Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.
Bu barədə Modern.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.
Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına göndərilir.
İmtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq.
Testdə iştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.
//exidmet.dim.gov.az/elimt/peshe
Bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.