Modern.az

Məktəbəqədər təhsilimiz yoxdursa, keyfiyyətli ibtidai təhsilimiz də olmayacaq - Nazir

Məktəbəqədər təhsilimiz yoxdursa, keyfiyyətli ibtidai təhsilimiz də olmayacaq - Nazir

Təhsil

16 Dekabr 2025, 10:58

"Son 10-20 ildir ki, Azərbaycanda ali təhsil, elm məkanı irəliyə doğru gedir".

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, əsas inkişaf göstəriciləri keyfiyyətli ölçmə mədəniyyətinin yaranmasıdır və bu, böyük dəyişiklikdir:

“Son illərdə elm və ali təhsil müəssiələrinin, elm və təhsilin birgə inkişaf etdirilməsi vacib məsələdir. Təhsil pillələrini bir-birindən ayırıb müzakirə etmək səmərəli deyil. Bizim keyfiyyətli məktəbəqədər təhsilimiz yoxdursa, keyfiyyətli ibtidai təhsilimiz, keyfiyyətli ibtiadi təhsilimiz yoxdursa, keyfiyyətli ümumorta təhsilimiz olmayacaq. Yəni, məsələyə kompleks şəkildə yanaşmaq lazımdır”.

Nazir həmçinin doktorantura təhsilinin müddəti məsələsinə münasibət bildirib: "Bir çox ölkələrdə doktorantura təhsilinin neçə ilə bitməsi önəmli deyil. Bu kontekstdə təbii ki, biz də keyfiyyəti önə çəkməliyik. Təəssüf ki, bizim üçün illər önəmlidir. Biri zaman, digəri münasibət məsələsidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır