Modern.az

İlham Əliyev rektoru MÜKAFATLANDIRDI

İlham Əliyev rektoru MÜKAFATLANDIRDI

Təhsil

18 Dekabr 2025, 14:00

Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup əməkdaşı təltif edilib.

Təltif edilənlərdən biri universitetin rektoru Gülçöhrə Məmmədovadır.

Belə ki, o, "Şərəf" ordeninə layiq görülüb.

Qeyd edək ki, Gülçöhrə Məmmədova 2000-2005-ci illərdə II çağırış Milli Məclisin deputatı olub.

O, 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır