Modern.az

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

Təhsil

18 Dekabr 2025, 15:50

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının sabiq müdiri Hasilova Lətifə Nizami qızı 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub.

Modern.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, Hasilova Lətifə Nizami qızının uşaq bağçasının müdiri işləyərkən çoxlu sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsədiyi iddia edilir. (Mənbə APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır