Modern.az

Bakalavrların tədris planları yenilənəcək - RƏSMİ

Bakalavrların tədris planları yenilənəcək - RƏSMİ

Təhsil

25 Dekabr 2025, 11:34

Bakalavr səviyyəsi üzrə tədris planları yenilənəcək. 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Kredit Fondunun hesabat tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci il üçün qarşıya qoyulan hədəflərə nail olunub. Belə ki, ali təhsil səviyyəsində təhsil alanların sayı 76 minə çatıb. 

S.Rzayev qeyd edib ki, 2027-2030-cu illər üçün əsas məqsəd ali təhsilin keyfiyyətinin artırılmasıdır. Bu dövrdə Təhsil Tələbə Kredit Fondundan yararlanan tələbələrin sayının da artacağı gözlənilir.

Nazirlik rəsmis əlavə edib ki, magistratura səviyyəsində bütün ixtisaslar üzrə yeni tədris planları artıq hazırlanıb. “Növbəti mərhələdə bu yeniliklərin bakalavr səviyyəsində də tətbiq edilməsi nəzərdə tutulur”, -deyə o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır