Modern.az

Şagirdlə tələbələr arasında olimpiada keçiriləcək

Şagirdlə tələbələr arasında olimpiada keçiriləcək

Təhsil

25 Dekabr 2025, 13:44

Yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistika üzrə olimpiada təşkil ediləcək.

Modern.az xəbər verir ki, bu, "Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

Bununla bağlı Dövlət Statistika Komitəsi və Elm və Təhsil Nazirliyi icraçı orqanlar təyin edilib. Bu barədə əsasnamə də hazırlanacaq.

Məqsəd yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin statistik savadlılığı və data analitikası ilə bağlı peşələrə marağını artırmaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır