Modern.az

MİQ imtahanı pullu olacaq - Prezident TƏSDİQLƏDİ

MİQ imtahanı pullu olacaq - Prezident TƏSDİQLƏDİ

Təhsil

15 Yanvar 2026, 15:07

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq.

Modern.az-ın məlumatına görə, Prezident bununla bağlı müvafiq Fərmanı imzalayıb. 

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada