Modern.az

Tələbələrə yaz semestri üçün kreditlər bu tarixdən veriləcək

Tələbələrə yaz semestri üçün kreditlər bu tarixdən veriləcək

Təhsil

23 Yanvar 2026, 12:33

2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu 31 yanvar 2026-cı il tarixində saat 23:59-da başa çatacaq.

Bu barədə Modern.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, müraciət etmək istəyən şəxslərə prosesi qeyd olunan tarix və vaxta qədər tamamlamaları tövsiyə olunur.

Bundan əlavə, 2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə 1 fevral 2026-cı il tarixi saat 00:00-dan başlayacaq.

Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatları yerinə yetirməlidirlər:

- İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş (notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat” tətbiqi vasitəsilə) razılıq ərizənin alınması. (təkrar müraciət üçün tələb olunmur)

-Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxil olub və müraciətin göndərilməsi. (təkrar müraciətdə əvvəlki razılıq ərizəsinin nömrəsi istifadə olunur)

Məlumata görə, müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.

Qeyd edilib ki, payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır