Modern.az

Bakıda ilk dəfə - eksternat imtahanları elektron qaydada keçiriləcək

Bakıda ilk dəfə - eksternat imtahanları elektron qaydada keçiriləcək

Təhsil

23 Yanvar 2026, 13:16

Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

İmtahanlar yanvarın 31-də paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Eksternat imtahanlarında iştirak etmək üçün Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyata alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır