Modern.az

Sabahdan məktəblərdə qış tətili başlayır

Sabahdan məktəblərdə qış tətili başlayır

Təhsil

26 Yanvar 2026, 14:24

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonra ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır