Modern.az

Qeydiyyat başa çatdı - 23 min nəfər magistr olmaq istəyir 

Qeydiyyat başa çatdı - 23 min nəfər magistr olmaq istəyir 

Təhsil

27 Yanvar 2026, 00:12

Magistratura səviyyəsi üzrə qəbul imtahanının birinci cəhdinə qeydiyyat başa çatıb.

Modern.az-ın DİM-in saytından əldə etdiyi məlumata görə, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci cəhdi üzrə ümumilikdə 22 777 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin 20 786 nəfəri Azərbaycan bölməsi, 1 991 nəfəri isə rus bölməsi üzrə imtahanda iştirak edəcək. Xarici dil seçimi üzrə statistika göstərir ki, ən çox namizəd ingilis dilini seçib. Bu dil üzrə ümumilikdə 19 871 nəfər qeydiyyatdan keçib. Onlardan 17 916 nəfəri Azərbaycan, 1 955 nəfəri rus bölməsi üzrədir.

Rus dili üzrə 2 448, fransız dili üzrə 226, alman dili üzrə 228, fars dili üzrə 3, ərəb dili üzrə isə cəmi 1 nəfər qeydiyyatdan keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır