Modern.az

Neçə təhsil işçisi sanatoriya yollayışlarından istifadə edib?

Neçə təhsil işçisi sanatoriya yollayışlarından istifadə edib?

Təhsil

3 Fevral 2026, 17:18

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində ittifaq üzvləri üçün sanatoriya və müalicə mərkəzlərinə yollayışlardan istifadə imkanı yaradılıb.

Bu barədə Modern.az-a Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqından məlumat verilib.

Belə ki, ümumilikdə 216 nəfər təhsil işçisi yollayışla təmin olunub, 449 nəfər isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib.

Yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərçivəsində 44 nəfər ailə üzvləri ilə birlikdə olmaqla ümumilikdə 92 nəfər 3 günlük müalicə paketindən yararlanıb.

Qeyd edək ki, ötən ay rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb olunub.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!