Bu gün Azərbaycan İlahiyyat İnstitutunun 8 yaşı tamam olur.
Modern.az-ın məlumatına görə, institut 2018-ci ildə fəaliyyətə başlayıb. Ali məktəb dini təhsilin verilməsində önəmli rol oynayır.
Ali təhsil ocağı 8 illik fəaliyyəti ərzində yüzlərlə gənc mütəxəssisin yetişdirilməsinə, elmi-tədqiqat işlərinin aparılmasına və dini tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfələr verib.
Azərbaycan İlahiyyat İnstitutu ölkədə dini maarifləndirmənin gücləndirilməsi, tolerantlıq və milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli işlər görüb. Tələbələr müxtəlif elmi konfranslarda, seminar və beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edir, ilahiyyat elminin inkişafı naminə faydalı xidmət göstərirlər.
Azərbaycan İlahiyyat İnstitutuna ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov rəhbərlik edir. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 may 2020-ci ildə imzaladığı Sərəncamla bu ali təhsil ocağının rektoru təyin edilib.