Modern.az

Magistraturaya II cəhd imtahanı nə vaxt keçiriləcək? - DİM-dən CAVAB

Magistraturaya II cəhd imtahanı nə vaxt keçiriləcək? - DİM-dən CAVAB

Təhsil

18 Fevral 2026, 10:02

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 15 fevralda keçirilən qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 22 780 bakalavrdan 519 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.

İmtahanda ən yüksək balı iki nəfər - BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev toplayıb. Onlar DİM-in ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında 91 bal toplayaraq ölkə birincisi olublar.

Builki magistratura imtahanlarında iştirak edən bakalavrların böyük əksəriyyəti sualların çətin olmasından şikayətlənirlər. İndi bakalavrlar magistraturaya II cəhd qəbul imtahanına fokuslanıblar.

Bəs II cəhd imtahanları nə zaman keçiriləcək?

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, magistraturaya II cəhd imtahanların vaxtı hələlik müəyyənləşdirməyib.

“İmtahanın II cəhdinin tarixi və qeydiyyat vaxtları müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək”, - DİM-də bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR