Modern.az

Naxçıvanlı məktəbli İrana səsləndi: Biz sizə nə etmişik? - VİDEO

Naxçıvanlı məktəbli İrana səsləndi: Biz sizə nə etmişik? - VİDEO

Təhsil

6 Mart 2026, 16:49

İranın dron hücumuna məruz qalan Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial şəbəkələrdə paylaşım edərək İranın Azərbaycana qarşı hücumundan danışıb. 

Modern.az xəbər verir ki, paylaşım qısa müddətdə geniş izləyici toplayıb.

Naxçıvanlı məktəbli Şimali və Cənubi Azərbaycana, eləcə də dünyada uşaqların ölümünə qarşı çıxan bütün insanlara müraciət edərək İranın törətdiyi cinayətə səssiz qalmamağa çağırıb.

“Biz – günahsız insanlar – sizə nə etmişik, niyə sizin hərbi hədəfinizə çevrilmişik?” – deyə məktəbli sual edib. Onun “Mənim səsim olun!” çağırışı geniş əks-səda doğurub.

"Deyib güldüyümüz sinif otaqlarından gözləmədiyimiz vaxtda, xəbərsiz şəkldə çölə qaçdıq" - Fidan Babayeva deyib.

Azərbaycan QHT-ləri və ictimai fəallar bu videonu sosial şəbəkələrdə yaymağa başlayıblar və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün “Mənim səsim olun!” – #BeMyVoice kampaniyasına start veriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada