Modern.az

“Kenquru” müsabiqəsi ilə bağlı valideynlərə müraciət - RƏSMİ

“Kenquru” müsabiqəsi ilə bağlı valideynlərə müraciət - RƏSMİ

Təhsil

6 Mart 2026, 16:45

Təhsil İnstitutu “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi ilə bağlı valideynlərə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Son vaxtlar bəzi özəl təhsil şirkətlərinin sosial media hesablarında “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsi haqqında elanlara rast gəlinir. Təəssüf ki, bir çox valideyn bu sınaq imtahanlarını rəsmi imtahan kimi qəbul edib.

Diqqətinizə çatdırırıq ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) olimpiada ilə bağlı heç bir sınaq imtahanı keçirmir. Özəl qurumların təklif etdiyi “Kenquru” sınaq imtahanlarının ARTİ ilə əlaqəsi yoxdur.

“Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin əvvəlki illərdə təqdim edilmiş sualları ilə kenquru-2026.az saytında tanış ola bilərsiniz. Heç bir ödəniş etmədən uşaqların ümumi hazırlığını rəsmi saytdakı suallarla yoxlaya bilərsiniz.

Qeyd edək ki, bu beynəlxalq müsabiqə rəsmi olaraq hər il martın 20-dən sonra keçirilir. Azərbaycanda bu tarixlərin Novruz bayramına təsadüf etməsi səbəbindən müsabiqə aprel ayında təşkil edilir.

2026-cı ildə Azərbaycanda “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi aprelin 12-də baş tutacaq. Son qeydiyyat tarixi 3 apreldir.

Bütün məktəbliləri öz riyaziyyat və məntiq biliklərini bu imtahanda sınaqdan çıxarmağa dəvət edirik!"

Sizə yeni x var
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada