Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilib.
Modern.az-ın məlumatına görə, məktəbə 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib..
Bununla əlaqədar olaraq:
? Liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb.
? Liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.
Valideynlərdən və şagirdlərdən qəbul prosesi ilə bağlı bu dəyişiklikləri nəzərə almaları xahiş olunur.