AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.
Bu təşəbbüs çərçivəsində örnək müəllimlərin peşə davranışları, yenilikçi pedaqoji yanaşmaları və tədris prosesində tətbiq etdikləri müasir metodlar haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə də təhsil camiəsinə təqdim olunur.
Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10, Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.
Eyni zamanda "Örnək müəllim"lər haqqında məlumatlar AzEdu Təhsil Portalının xüsusi “Örnək müəllim” bölməsində yerləşdirilir.
Linkə keçid edərək “Örnək müəllim”lər haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Abşeron-Xızı Regional Təhsil İdarəsi
1. Aygün Səfərli - Sumqayıt şəhər, 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
2. Sevinc Əhmədova - Sumqayıt şəhər, Təfəkkür liseyində İbtidai sinif və STEAM müəllimi;
3. Leyla Abasova - Abşeron rayonu, Ceyranbatan qəsəbə, 2 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
4. Aytən Cəfərquliyeva - Sumqayıt şəhəri, 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
5. Arzu Nəsirli - Abşeron rayon, Saray qəsəbə M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
6. Zöhrə Hacıyeva - Sumqayıt şəhəri, V.İbrahim adına 35 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
7. Yeganə Aslanova - Sumqayıt şəhər, 11 nömrəli tam orta məktəbin Fizika müəllimi;
8. Xəyalə Cabarova - Xızı rayonu, M. Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi;
9. Elnarə Qurbanzadə - Sumqayıt şəhər, 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
10. Günay Veyisova - Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi.
Bakı şəhəri üzrə Təhsil İdarəsi
1. Şəlalə Həsənova – Bakı şəhər, Xəzər rayonu E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbin Kimya müəllimi;
2. Samirə Tağıyeva - Bakı şəhər, Xəzər rayonu R. Sadıqov adına 136 nömrəli tam orta məktəbin fizika müəllimi;
3. Aynurə Qənbərova – Bakı şəhər, Yasamal rayonu 13 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
4. Nərmin Məmmədli - Bakı şəhər, Xəzər rayonu 121 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
5. Gülsüm Həmzəyeva - Bakı şəhər, Qaradağ rayonu 233 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi;
6. İradə Rəhimova – Bakı şəhər, Nərimanov rayonu R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi;
7. Elmirə Babayeva – Bakı şəhər, Yasamal rayonu 60 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
8. Günel Vəliyeva – Bakı şəhər, Sabunçu rayonu 192 nömrəli tam orta məktəbdə İbtidai sinif və STEAM müəllimi;
9. Əzizə İbrahimli - Bakı şəhər, Sabunçu rayonu C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Biologiya və STEAM müəllimi;
10. Vüsalə Əliyeva - Bakı şəhər, Sabunçu rayonu Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbin İbtidai sinif müəllimi;
11. Ülkər İbadzadə - Bakı şəhər, Nərimanov rayonu 182 nömrəli tam orta ümumtəhsil məktəbinin Kimya müəllimi;
12. İlhamə Hüseynova – Bakı şəhər, Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin İbtidai sinif və STEAM müəllimi;
13. Aytən İskəndərova - Bakı şəhər, Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin ibtidai sinif müəllimi;
14. Gülşən Şahverdiyeva - Bakı şəhər, Binəqədi rayonu 103 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;
15. Aysel Nəsərova – Bakı şəhər, Qaradağ rayonu Seyfulla Məmmədov adına 110 nömrəli tam orta məktəbin Kimya müəllimi;
16. Zərövşən Ömərova- Bakı şəhər, Binəqədi rayonu 182 saylı tam orta məktəbin Kimya müəllimi;
17. Günel Eminli – Bakı şəhər, Nizami rayonu 251 nömrəli tam orta məktəbdə Biologiya müəllimi;
18. Nigar İbrahimova – Bakı şəhər, Xətai rayonu 287 saylı "Zəkalar" Liseyində ingilis dili müəllimi;
19. Nigar Mehdizadə - Bakı şəhər, Suraxanı rayon 279 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
20. Günay Nəzərova - Bakı şəhər, Binəqədi rayonu Q.Abbasov adına 284 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini;
21. İlahə Əliyeva – Bakı şəhər, Xətai rayonu 221 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
22. Lamiyə Xancanova – Bakı şəhər, Nəsimi rayonu N. Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
23. Oksana Əliyeva – Bakı şəhər, Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini;
24. Xatirə Nəzərova – Bakı şəhər, Binəqədi rayonu 284 nömrəli tam orta ümumtəhsil məktəbin Fizika müəllimi;
25. Fərqanə Salmanova – Bakı şəhər, Nəsimi rayonu N. Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
26. Səbinə Rzayeva - Bakı şəhər, Nərimanov rayonu Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasında fəaliyyət göstərir;
27. Ləman Bəşirzadə - Bakı şəhər, Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli məktəbin Riyaziyyat və STEAM müəllimi;
28. Şəhla Yolçuyeva – Bakı şəhər, Səbail rayonu 7 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
29. Leyla Beybutova – Bakı şəhər, Xəzər rayonu 237 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
30. Aytən Qılıncova – Bakı şəhər, Binəqədi rayonu 244 saylı məktəbin Riyaziyyat müəllimi.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi
1. Vüsal Nəcəfov - Ağsu rayon, M.Kərimov adına Növcü kənd tam orta ümumtəhsil məktəbində Tarix müəllimi;
2. Vəfa Baxışova - Ağsu şəhər, Soltan Umbayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Biologiya müəllimi;
3. Aygün Ağayeva - Qobustan rayonu, Cəyirli kənd tam orta məktəbində İbtidai sinif müəllimi;
4. Zümrüd Bünyadova - Qobustan rayon, Göydərə kənd ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
5. Vüsalə Məlikova - Şamaxı Avropa Liseyinin İbtidai sinif müəllimi;
6. Şəlalə İbrahimova -Şamaxı şəhər, 9 nömrəli tam orta məktəbdə İnformatika müəllimi;
7. Fatimə Əlizadə - Şamaxı rayonu, Qaleybuğurd kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
8. Qədir Məmmədov - İsmayıllı rayonu, İstisu kənd tam orta ümumtəhsil məktəbində İbtidai sinif müəllimi;
9. Şəfəq Şəfaqətova - İsmayıllı şəhər, Natiq Behdiyev adına 6 saylı tam orta məktəbdə Tarix müəllimi;
10. Şakir Həmzəyev - İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Coğrafiya müəllimi.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi
1. Kamilə Baxşəliyeva - Goranboy şəhər, 4 nömrəli tam orta ümumtəhsil məktəbin Coğrafiya müəllimi;
2. Ləman Novruzova - Göygöl rayon, Texniki və Təbiət Fənləri Təmayüllü Liseydə Coğrafiya və STEAM müəllimi;
3. Göyçək Namazova - Samux rayon, Qarayeri qəsəbə 1 nömrəli məktəb -liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi;
4. Humay Quliyeva – Gəncə şəhər, M.Füzuli adına 22 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;
5. Fidan Məsimova - Daşkəsən rayonu, Gündüz İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
6. İlhamə Rüstəmova - Gəncə şəhər, 14 nömrəli tam orta məktəbdə və Gəncə şəhər Humanitar və Təbiət Fənləri Təmayüllü Liseydə biologiya müəllimi;
7. Ayşən Rüstəmova- - Gəncə şəhər, 12 nömrəli tam orta məktəbdə metodist, eyni zamanda Ş. İ. Xətai adına 13 nömrəli tam orta məktəbdə coğrafiya və STEAM müəllimi;
8. Məhbubə Həsənova - Gəncə şəhər, İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyə ibtidai sinif müəllimi;
9. Arzu Həsənova - Göygöl şəhər, İ. Novruzov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat-İnformatika müəllimi;
10. Xəyalə Əmrahova - Goranboy rayonu R.Qasımov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi.
Lənkəran-Astara Regional Təhsil İdarəsi
1. Samir Quliyev - Masallı rayonu, S. Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbdə Riyaziyyat və informatika müəllimi;
2. Şəbnəm Cəfərli - Lənkəran rayonu, Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin Biologiya müəllimi;
3. Günel Səfərova - Lənkəran rayonu, Ədalət Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbində İbtidai sinif müəllimi;
4. Firuzə Mirzəyeva - Astara rayon Şahin Əliyev adına Rüdəkənar məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
5. Azad Mustafayev - Masallı şəhəri, N.Nərimanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi;
6. Rəvan İmanov - Cəlilabad şəhəri, Ş.İ.Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi;
7. Günel Aslanlı - Lənkəran rayonu, Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
8. Könül Əliyeva - Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada ibtidai sinif müəllimi;
9. Əsmər Adgözəlova – Masallı rayonu, Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin Riyaziyyat müəllimi;
10. Fərman Mustafayev - Yardımlı rayonu, F.A. Masiyev adına Gavran kənd tam orta məktəbində Coğrafiya müəllimi.
Mərkəzi Aran Regional Təhsil İdarəsi
1. Könül Hacıyeva - Göyçay şəhəri, Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin Fizika müəllimi;
2. Lamiyə Cəfərova - Kürdəmir şəhər, Tofiq İsmayılov adına tam orta məktəbdə fizika müəllimi;
3. Arzu Qocayeva - Ağdaş şəhər, Nizami adına 2 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;
4. Lamiyə İsmayılova - Ucar rayonu, Qaracallı kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi;
5. Cəmalə İsmayılova - Zərdab rayon, Hüseynxanlı kənd ümumi orta məktəbin Texnologiya müəllimi;
6. Dürdanə Kərimova - Mingeçevir şəhəri, 16 nömrəli məktəbin İngilis dili müəllimi;
7. Gülxanım Musayeva - Yevlax şəhəri, Nizami adına 7 nömrəli tam orta məktəbdə Biologiya müəllimi;
8. Günay Kərimova - Mingəçevir şəhər, 16 nömrəli tam orta məktəbin Biologiya müəllimi;
9. Xəyalə Əliyeva - Mingəçevir şəhər, Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey
10. Səidə Salihova - Göyçay şəhəri, akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Biologiya müəllimi.
Mil-Muğan Regional Təhsil İdarəsi
1.Eyruz Pəsiyev - Beyləqan şəhəri, Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi;
2. Vüqar Namazov - Saatlı rayon, M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi;
3. Xanım Allahyarova - Saatlı rayon, Ə. Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi;
4. Mürsəl Behbudlu - Beyləqan rayonu, Hüsaməddin İsmayılov adına Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru və Azərbaycan dili və ədəbiyyat müəllimi;
5. Əli Quliyev - Beyləqan rayonu, Dünyamalılar kənd Ə. Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
6. Nardanxanım Nəsirova - İmişli şəhər, N. Nərimanov adına 1 nömrəli məktəb-liseyin fizika müəllimi;
7. Könül Mikayıllı - İmişli şəhər, Ş. Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
8. Günay İbrahimova - İmişli şəhər, A. Eminov adına 7 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi;
9. Selcan Məmmədzadə - İmişli rayonu, Muradxanlı kənd S. Qarayev adına ibtidai məktəbdə ibtidai sinif müəllimi;
10. Tural Zərbəliyev - Sabirabad rayonu Vüqar Quliyev adına Bulaqlı kənd tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi.
Qarabağ Regional Təhsil İdarəsi
1. Birliyant Aslanova - Füzuli rayon, Qarabağ kənd tam orta məktəbinin İnformatika müəllimi;
2. İlham Salmanov - Şuşa 4 saylı orta məktəbdə Riyaziyyat müəllimi;
3. Aytən Bayramova - Bərdə şəhər, Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;
4. Gülşən Səlimova - Ağcabədi şəhər, Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin Coğrafiya müəllimi;
5. Rəksanə Məmmədova - Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbin ingilis dili müəllimi;
6. Əminə Əliyeva - Xankəndi şəhər 4 mömrəli tam orta məktəbin riyaziyyat müəllimi;
7. Təranə Zeynalova - Tərtər şəhər, 1 nömrəli tam orta məktəbdə informatika müəllimi;
8. Günay Babayeva - Xocavənd rayon 2 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
9. Tamella Bilalova - Xocalı şəhər 1 nömrəli tam orta məktəbin Tarix müəllimi;
10. Ziyafət Quliyeva - Bərdə şəhər, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə Fizika müəllimi.
Qazax-Tovuz Regional Təhsil İdarəsi
1. Gözəl Rzayeva - Ağstafa rayonu, Sirac Əliyev adına Qırılı kənd tam orta məktəbində Coğrafiya müəllimi;
2. Səbinə Həsənova - Ağstafa rayon, Ə.Hüseynov adına 1 saylı tam orta məktəbdə İbtidai sinif müəllimi;
3. Ülkər Səfərova - Gədəbəy şəhər, İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi İbtidai sinif müəllimi;
4. Samirə Məsimova - Şəmkir rayon Kimya-biologiya təmayüllü lisey Biologiya müəllimi;
5. Nazpəri Bayramzadə - Gədəbəy rayonu, Gədəbəy rayonu Dəyəqarabulaq kənd tam orta məktəbin İbtidai sinif müəllimi;
6. Tahirə Xasməmmədova - Qazax şəhər, İ. Qayıbov adına 3 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi;
7. Validə Məmmədli - Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin Fizika müəllimi;
8. Aytac İsgəndərli - Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta ümumtəhsil məktəbinin STEAM müəllimi;
9. Rufanə Namazlı - Tovuz rayon, Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbində Coğrafiya müəllimi;
10. Tacəddin Abddürrəhmanov - Şəmkir rayonu, Coşqun Abıyev adına Zəyəm Cırdaxan kənd kənd tam orta ümumtəhsil məktəbinin Fizika müəllimi.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi
1.Elmar Zeynəddinov- Quba şəhər, Tələt Mikayılov adına tam orta məktəbdə Coğrafiya müəllimi;
2. Samirə Məmmədzadə - Siyəzən şəhər, 6 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi;
3. Aida Nəcəfi - Siyəzən şəhər, 1 nömrəli tam orta məktəbdə kimya müəllimi;
4. Leyla Ələskərova- Quba rayonu, İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində fizika müəllimi;
5. Lətafət Həsənova - Şabran şəhəri, Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
6. Aygül Orucova - Şabran şəhər, 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi;
7. Fariz Laçınov - Qusar rayonu, S. Hacıyev adına 5 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
8. Həmid Kazımzadə - Xaçmaz şəhər, 9 nömrəli tam orta məktəbdə kimya və STEAM müəllimi;
9. Jalə Məmmədova - Xaçmaz rayonu, Alıcqışlaq kəndi tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
10. Nürəddin Yüzbəyov - Qusar rayonu, Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi
1. Şəhla Sadıxova - Oğuz şəhəri, Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseyin Biologiya müəllimi;
2. Elşad Abdurəhmanov - Qəbələ rayonu, Məmmədağalı kənd tam orta ümumtəhsil məktəbində Tarix müəllimi;
3. Mədinə Səmədova - Qəbələ rayonu, Zarağan kəndi İlqar Cəbrayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Kimya müəllimi;
4. Elvira Rəhimova - Qax rayonu, Ş. Abdullayev adına Əmbərçay kənd ümumi orta ümumtəhsil məktəbində Riyaziyyat müəllimi;
5. Aynur İsmayılova – Şəki rayonu, Köndələn kənd tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
6. Vüsalə Hacıyeva – Şəki rayonu, Baş Şabalıd kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
7. Bikə Novruzova - Balakən rayonu, Poştbinə 1 nömrəli tam orta ümumtəhsil məktəbində Tarix-coğrafiya müəllimi;
8. Nübar Qurbanova - Balakən şəhər, İ.Nəsimi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Biologiya müəllimi;
9. Sevinc Loğmanova - Zaqatala şəhər, Zərifə Əliyeva adına liseydə İbtidai sinif müəllimi;
10. Firdovsə Nəbiyeva - Zaqatala şəhər, 2 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili müəllimi.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi
1. Nübar Alıyeva - Kəlbəcər rayonu, 126 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
2. Elnurə Mahmudova - Kəlbəcər rayon, 28 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
3. Yeganə Məmmədova - Kəlbəcər rayon, 26 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
4. Kəmalə Ağakişiyeva - Zəngilan rayonu, 5 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
5. Fəridə Hüseynli - Laçın şəhər, 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
6. Cənnət Abuzərzadə - Laçın rayon Taxtakörpü tam orta ümumtəhsil məktəbin Kimya müəllimi;
7. Xəyalə Gülməmmədova - Cəbrayıl rayon, Mahmud Allahverdiyev adına Çullu kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
8. Zaur Vəliyev - Cəbrayıl rayon, 8 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
9. Dürdanə Qasımova - Qubadlı rayon H.Quluyev adına Texniki fənlər təmayüllü Çaytumas məktəb - liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi;
10. Kəmalə Quluyeva - Qubadlı rayon Xıdırlı kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
Şirvan-Salyan Regional Təhsil İdarəsi
1. Niyaməddin Nəcəfov - Salyan rayonu, Şəkərli kənd tam orta məktəbin Riyaziyyat müəllimi;
2. Elsevər Əliyev - Biləsuvar rayonu, Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;
3. Əsmər İmanova - Şirvan şəhəri, Mübariz İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin İngilis dili müəllimi;
4. Cəmalə Məmmədzadə - Salyan şəhəri, N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin İngilis dili müəllimi;
5. Məhluqə Əsədova - Neftçala rayonu, Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbin Coğrafiya müəllimi;
6. Şəbnəm Məmmədova - Şirvan rayonu, B.Aslanov adına 16 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;
7. Rüfanə Əmənli - Biləsuvar rayonu, Eyvaz Kərimov adına Amankənd kənd tam orta məktəbin Riyaziyyat müəllimi;
8. Aygün Həsənova - Hacıqabul rayonu, Navahı qəsəbə R.Qənbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
9. Könül Rzayeva - Şirvan şəhəri, Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
10. Aynur Teymurova - Şirvan şəhəri, 3 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.
Naxçıvan Muxtar Respublikası
1. Turanə Atakişiyeva – Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
2. Nubar Abdullayeva – Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə Fizika müəllimi;
3. Gülbəniz Musayeva – Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbdə İngilis dili müəllimi;
4. Ofeliya Cəfərova – Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə Riyaziyyat və İnformatika müəllimi;
5. Xanımzər Baxşiyeva – Şərur şəhər 1 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
6. Xalidə Əliyeva – Şərur rayon Zeyvə kənd tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
7. Ləyaqət Ələkbərova – Şərur şəhər 2 nömrəli tam orta məktəbdə Riyaziyyat və informatika müəllimi;
8. Səid Cəfərli – Babək rayon Qahab kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;
9. Aytəkin Babayeva – Babək rayon Şəkərabad kənd tam orta məktəbdə ingilis dili müəllimi;
10. Azər Əliyev – Babək rayon Hacıvar kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;
11. Xədicə Məmmədova – Ordubad rayon Nüsnüs kənd tam orta məktəbdə İbtidai sinif müəllimi;
12. Əfsanə Əliyeva – Ordubad şəhər Ə.Ağayev adına 3 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;
13. Afaq Məmmədova – Culfa şəhər 2 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi;
14. Gülçöhrə Bayramlı – Kəngərli rayon Qabıllı kənd tam orta məktəbdə İbtidai sinif müəllimi;
15. Tural Məmmədli – Şahbuz rayon Biçənək kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;
16. Elçin Nadirli – Sədərək rayon 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
17. Çinarə Süleymanlı – Naxçıvan şəhır Heydər Əliyev adına tam orta məktəbdə Coğrafiya müəllimi;
18. Nahirə Tağızadə – Naxçıvan Qızlar Liseydə Fizika müəllimi;
19. Könül Nəbiyeva – Naxçıvan Qarnizonu tam orta məktəbdə Coğrafiya müəllimi;
20. Dünyamin Ələkbərov – Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi.