2025-ci ildə müəllimlərin işə qəbulu üzrə ümumilikdə 44 imtahan mərkəzində test imtahanları keçirilmiş və keçid balını toplayan 23,2 min namizəd müsahibə mərhələsinə dəvət olunub. Bundan əlavə, müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi təşkil edilmiş və müsahibədə uğur əldə edən 3,4 min nəfər müddətsiz əmək müqaviləsi ilə, 2,2 min nəfər isə müddətli əmək müqaviləsi ilə işə təyin olunub.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Müsahibənin apellyasiya mərhələsinin nəticələrinə əsasən daha 67 namizəd müddətsiz müqavilə ilə işə qəbul edilib. Əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90%-dən çox olub.
Həmçinin məktəb direktorlarının işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələrin nəticəsi olaraq 2025-ci ilin birinci yarımilində ümumilikdə 153 nəfər direktor vəzifəsinə təyin edilib. Onlardan 146-sı şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə müsabiqədə uğur qazananlar olub. İl ərzində 80-ə yaxın direktorun rotasiyası həyata keçirilib.