Modern.az

Təhsil krediti alan tələbələrlə bağlı STATİSTİKA

Təhsil krediti alan tələbələrlə bağlı STATİSTİKA

Təhsil

Bu gün, 11:37

2021-ci ildən  bu günədək Təhsil Tələbə Krediti Fondunun elektron portalına 86 min müraciət daxil olub, 70,1 min təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib. Onlardan 24,3 mini (34,8%) sosial, 45,8 mini (65,3%) isə standart TTK olub.

Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb. 

Gender bölgüsü üzrə TTK müqavilələrinin 43,9 mini (62,6%) qadın, 26,2 mini (37,4%) kişi tələbələrin payına düşüb. Rəsmiləşdirilən kreditlərdən 48,6 mini (69,3%) bakalavriat, 16,7 mini (23,8%) magistratura, 4,3 mini (6,2%) orta ixtisas təhsili, 494-ü (0,7%) isə peşə təhsili ilə bağlı olub.

Faizsiz mexanizm çərçivəsində 12 mindən çox kredit müqaviləsi üzrə ümumilikdə 12 milyon manatdan artıq vəsait faiz tətbiq edilmədən hesablanıb. Bu kreditlərin 64%-i sosial, 36%-i isə standart kreditlərdir ki, bu da sosial kreditlərin məzun mərhələsində daha geniş güzəşt imkanları olduğunu göstərir.

Bununla yanaşı, məzunlara borcun qismən bağışlanmasını göstərən model də tətbiq edilib. İndiyədək geri ödəniş başlamış və akademik göstəriciləri yüksək olduğuna görə 566 sosial TTK müqaviləsi üzrə 50 faiz və 1388 standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub, ümumilikdə 650 min manata yaxın vəsait bağışlanıb.

TTKF üzrə geri ödəniş mexanizmi mərhələli şəkildə həyata keçirilir və bu mexanizm hər tədris ilinin sonunda məzun olan tələbələrin sayı ilə birbaşa əlaqəlidir. İndiyədək 7 mindən çox tələbənin geri ödəniş dövrü başlayıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar