Respublika Fənn Olimpiadasının (RFO) yarımfinal mərhələsində iştirak hüququ əldə edən Biləsuvar şagirdlərindən ikisi bacıdır.
Modern.az xəbər verir ki, onlar Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Fatimə Əlizadə və 11-ci sinif şagirdi Tahirə Əlizadədir.
Hər iki bacı Azərbaycan dili və ədəbiyyatı üzrə RFO-nun finalında iştirak edəcək.
Qeyd edək ki, sözügedən məktəb üzrə daha bir şagird - 11-ci sinif şagirdi Nərmin Əlizadə də final mərhələsində iştirak hüququ qazanıb.(“Azərbaycan müəllimi”)