Modern.az

Yazıb-pozan qələm istifadə edənlərin nəticələri ləğv olunacaq? - RƏSMİ

Yazıb-pozan qələm istifadə edənlərin nəticələri ləğv olunacaq? - RƏSMİ

Təhsil

Bu gün, 11:23

9 və 15 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bir sıra abituriyentlər cavab kartını yazıb-pozan qələmlə doldurublar.

Bu məsələ ətrafında müzakirələr aparılır və belə qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılıb-sayılmayacağı sual doğurur.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı "AzEdu.az"ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, yazıb-pozan qələmlə cavab kartını dolduran abituriyentlərin cavabları aydın və düzgün qeyd olunubsa, onlar nəzərə alınacaq.

Qeyd edək ki, buraxılış imtahanının nəticələrinin imtahan başa çatdıqdan təxminən 7 həftə sonra elan edilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı