Modern.az

Tələbə kreditində gender fərqi: qadınlar öndə

Tələbə kreditində gender fərqi: qadınlar öndə

Təhsil

Bu gün, 10:34

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial media hesabında paylaşım edib. Nazir müavini qeyd edib ki, ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb. “Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır. Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub”, - deyə Kənan Kərimzadə paylaşımda vurğulayıb.

Sizə yeni x var
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada