İstanbulda bir neçə gündür güclü qar yağması zaman-zaman çox şiddətli göy gurultuları ilə müşayiət olunub.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, qar yağarkən şimşək çaxmasına vərdiş etməyən insanlar meteorologiya xidmətini sual yağışına tutublar.
Mütəxəssislər deyiblər ki, ümumiyyətlə, dəniz sahili olan bölgələrdə yaşanan qar yağarkən şimşək çaxmasının səbəbi dəniz üzərində həddindən artıq soyuq havanın olmasıdır. İsti dəniz üzərindən buxarlanan hava üzərindəki soyuq hava içərisində sürətlə yüksəlməsi ilə bulud içərisində kiçik dolu dənələri meydana gəlir. Bu doluların buludun içində olan buz parçaları ilə elektrik qarşılıqlı təsirə keçməsi ilə göy gurultusu meydana gəlir.Meteorologiya səlahiyyətlilərinin fikrincə, göy gurultusu və şimşək qar yağan zaman çox az təsadüf olunur:
“Çox soyuq olduğu zaman havada dikinə inkişaf edən buludlar meydana gəlir. Bu yazda yaşanan təbiət hadisəsinin bir bənzəridir. Bu səbəbdən də eyni yazdakı kimi göy gurultusu meydana gəlir. Qar yağarkən şimşək çaxmaz deyə elmi bir qayda yoxdur. Bu normal bir hadisədir. Qorxub narahatlanmağa ehtiyac yoxdur”.
Modern.az