Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi oktyabrın 5-də Ermənistandakı vəziyyətə dair məruzəni müzakirə edəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin başçısı David Arutunyan bildirib.
“Müzakirələrdə Ermənistanın bütün siyasi elitası - həm hakimiyyət, həm də müxalifət təmsil olunacaq. Bundan əlavə, müzakirələrdə Ermənistan parlamentinə daxil olmayan müxalifət nümayəndələri də iştirak edəcək.”,-deyə Arutunyan qeyd edib.
AŞPA müzakirələrində Ermənistanın əsas müxalifət partiyası, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Umummilli Konqresi də təmsil olunacaq. Artıq Ter-Petrosyan düşərgəsi AŞPA toplantısına dəvət aldıqlarını təsdiqləyiblr.