Sənaye və Energetika naziri Natiq Əliyev Azərbaycanda yanacağın qiymətini artacağı ilə bağlı şayiələrə son qoyub. Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, nazir bu gün jurnalistlərə açıqlamasında bu barədə deyib. O, son dövrlər yanacaqda avro standartlarının tətbiqindən sonra qiymətlərin artırılması ilə bağlı yayılan xəbərləri «şayiə» adlandırıb.
Yanacağın qiymətinin artırılması ilə bağlı axırıncı qərar 2007-ci ildə verilib. Azərbaycanda A-95 markalı avtomobil benzininin qiyməti 60 qəpik, A-92 və A-80 markalı benzinin qiyməti – 55 qəpik, dizel yanacağının qiyməti isə 45 qəpikdir.