Rumıniya Prezidenti Trayan Besesku sentyabrın 13-də Azərbaycana səfərə gəlib. (AzərTAc)
Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında Prezident Trayan Beseskunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıb.