Modern.az

Azərbaycan, Gürcüstan və Rumıniya birgə enerji sazişi imzalayıb

Azərbaycan, Gürcüstan və Rumıniya birgə enerji sazişi imzalayıb

14 Sentyabr 2010, 16:24

Sentyabrın 14-də ARDNŞ-nin Baş ofisində Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azerbaijan-Georgia-Romania İnterconnektor (AGRİ) layihəsinin dəstəklənməsi üzrə zirvə görüşü çərçivəsində 3 ölkənin energetika nazirlərinin iştirakı ilə həmin layihənin həyata keçirilməsi ilə bağlı bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev layihənin əhəmiyyətindən danışıb. Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri çıxış edərək AGRİ layihəsinin Avropa ölkələrinə qaz tədarükü sahəsində Azərbaycana yeni imkanlar yaratdığını bildirib, layihənin Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.

Daha sonra AGRİ LNG layihəsinin icra edilməsi məqsədi ilə 3 ölkə arasında yaradılacaq birgə şirkətin nizamnaməsi və həmin layihənin həyata keçirilməsi üzrə Azərbaycan, Gürcüstan və Rumıniya şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb. Sənədləri Azərbaycan tərəfindən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Gürcüstan tərəfindən bu ölkənin neft və qaz korparasiyasının baş direktoru Zurab Cancqava, Rumıniya tərəfindən “Romqaz” şirkətinin baş direktoru Marçel Adrian Piteiu imzalayıblar. İmzalanma mərasimindən sonra jurnalistlər üçün qısa brifinq olub.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə