Başqırdıstanın bir bankı mömün müsəlman vətəndaşlar üçün Ramazan bayramı münasibəti ilə xüsusi plastik ödəmə kartları hazırlayıb. Modern.az “Utro” qəzetinə istinadən bildirir ki, məlumatı verən işçi bankın adını çəkməkdən imtina edib. Bank nümayəndəsinin sözlərinə görə, müsəlmanlar üçün nəzərdə tutulan plastik kartların üzərində “halal” sözü yazılıb. “Bu kartla bağlı bütün məsələlər Başqırdıstanın Ruhani İdarəsi ilə razılaşdırılıb. Ruhani İdarəsi bu pulların haram işlərə yönəldilməməsinə nəzarət edir”-deyə bank işçisi bildirib.
Plastik kart hazırlnan zaman İslamda qadağan olunan sələm məsələsi xüsusi diqqətdə saxlanılıb. Odur ki, banka pul qoyan mömünün hesabından nə faiz tutulacaq, nə də üstünə faiz hesablanacaq. Halal kartlar “Master Kard” plastik kart –ödəmə şirkəti ilə birgə hazırlanıb və Ruhani İdarəsinin təklifi ilə buraxılıb. Rusiya Mərkəzi Bankının ərazi üzrə səlahiyyətli qurumu olan Milli Bankla məsləhətləşmələrdən sonra bu qərara gəlinib ki, halal kartlar rus qanunvericiliyinə və islam ənənələrinə zidd deyil.