Modern.az

İlham Əliyev Dmitri Medvedevin ad gününü təbrik edib

İlham Əliyev Dmitri Medvedevin ad gününü təbrik edib

Təhsil

14 Sentyabr 2010, 19:43

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib. (AzərTAc)
Dövlət başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Rusiya Prezidentinin Azərbaycana son səfəri, səfərin nəticələri və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə