Modern.az

Gədəbəydə seçicilər Təşəbbüs Qrupu yaradıb

Gədəbəydə seçicilər Təşəbbüs Qrupu yaradıb

16 Sentyabr 2010, 11:14

“Parlament seçkiləri ilə bağlı hələ bir il öncə ajiotaj yaranmışdı. Mən o zamandan müsahibələrimdə növbəti seçkilərə qatılacağımı bildirmişdim”.
Bu fikirləri Modern.az saytına 104 saylı Gədəbəy-Tovuz seşki dairəsindən seçilmiş deputat Nazim Məmmədov bildirib. O, qeyd edib ki, hazırda Gədəbəydədir və həmişə olduğu kimi seçicilərinin problemlərinin həlli ilə məşğuldur: “Dünən seçicilər mənə müraciət edərək namizədliyimin irəli sürülməsi ilə bağlı Təşəbbüs Qrupu yaratdıqlarını bəyan etdilər. Eyni zamanda, mənim namizədliyimin irəli sürülməsi üçün razılığımı aldılar. Yəqin ki bu gün Təşəbbüs Qrupu qeydiyyata alınmaq üçün sənədlərini 104 saylı DSK-ya təqdim edəcək”. 

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə