Sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola salıblar. (AzərTAc)
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.