Modern.az

Heydər Əliyev Fondu daha bir humanitar aksiyanı başa çatdırıb

Heydər Əliyev Fondu daha bir humanitar aksiyanı başa çatdırıb

17 Sentyabr 2010, 10:35

Heydər Əliyev Fondunun dəstəyi ilə "WORLDMED" klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatıb.
Fonddan verilən məlumata görə, sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində əməliyyat aparılıb.

Artıq ikinci ildir, bu klinikada aztəminatlı ailələrdən olan "dovşandodaq" və "qurdağız" diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinə olunub, 200 uşaq üzərində əməliyyat aparılıb. Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru, "WORLDMED" klinikasının baş həkimi Əziz Əliyev və Amerikanın "Smile Train" təşkilatının həkimləri tərəfindən həyata keçirilib.

İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşagın fiziki qüsurunu aradan qaldırmağa imkan yaradıb. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar tam pulsuz aparılıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə