Modern.az

Müdafiə Nazirliyi: “Düşmənə qarşı döyüşlərdə ən müasir silahla təmin edilmiş Azərbaycan hərbçiləri iştirak edir”

Müdafiə Nazirliyi: “Düşmənə qarşı döyüşlərdə ən müasir silahla təmin edilmiş Azərbaycan hərbçiləri iştirak edir”

Təhsil

7 Aprel 2015, 16:11

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub.
Qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil”.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti çıxış edib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir.


Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə