Modern.az

İran qəzeti: “Ərdoğan Osmanlı imperiyası qurmaq niyyətindədir”

İran qəzeti: “Ərdoğan Osmanlı imperiyası qurmaq niyyətindədir”

Təhsil

7 Aprel 2015, 17:20


İslahatçı “Şahrvand” qəzeti bugünkü sayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfərinə tənqidi yanaşıb.  

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəzet Ərdoğanın Osmanlı imperatorluğunu qurmaq sevdasında olduğunu iddia edərək “Osmanlı Dob Kixotu Tehranda” sərlövhəli yazı dərc edib.  

Qəzet yazıb ki, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Bahşayişin fikrincə, Ərdoğanın İranla problemi Bəşər Əsədi 3 ay içində aşırtmağı istəməsinin ardından başlayıb. İran buna icazə verməyib.  

Parlament üzvü deyib ki, Ərdoğan burnunun ucundan uzağı görə bilmir, lakin biz Türkiyə ilə olan strateji mənfəətlərimizi qorumalıyıq.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə