Müasir dövrümüzdə texnologiyanın bütün sahələrində olduğu kimi mobil texnologiyaların da həmçinin sürətlə inkişaf etdiyinin şahidi oluruq. İKT məhsullarının əhatə dairəsi sərhədsiz olduğundan bu məhsullar ən qısa zamanda geniş yayılır və dünyaca məhşur brendə çevrilə bilir.
Təşəbbüsüm “Bakı 2015: I Avropa Oyunları”nın mobil oyunlar şəklində həyata keçirilməsindən ibarətdir. Keçirildiyi məkanın dizayn tərtibatına uyğun olaraq yaradılan mobil oyunlar bir neçə mərhələdə hazırlana bilər. Belə ki, I Avropa Oyunlarında yer alan idman növlərindən birinin mobil oyun şəklində təqdim olunmasından sonra digər idman yarışlarından ibarət oyunların hazırlanmasına başlanacaq. Oyunlar keçirildiyi məkanı əks etdirməsi ilə yanaşı, ön baxışda ölkəmizi təbliğ edəcək materiallardan ibarət olacaq.
Təklif edilən sosial layihə texnologiyanın inkişafı və yaratdığı geniş imkanlardan faydalanaraq ölkəmizdə keçiriləcək mötəbər oyunların daha geniş kütləni əhatə etməsi, milli mədəni dəyərlərimizin dünyada təbliği və ölkəmizin dünya idmanı tarixinə daha bir töhfəsi ilə beynəlxalq ictimiayyətdə tanınması məqsədini daşıyır.
İlk Avropa Oyunlarının eyni zamanda mobil oyunlar şəklində təqdim olunması və mobil texnologiyalar sahəsində yer alması bütün dünyada yeni bir model kimi qəbul edilə bilər. Bununla belə, bundan sonra da dünya çapında keçiriləcək tədbirlərin bu təcrübədən yararlanaraq həyata keçririlməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmləndirilməsinə yol açacaq. Bakının ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizi uzun müddət dünyanın diqqət mərkəzində saxlayacaq. Mobil oyunların ərsəyə gətirilməsi isə dünya təcrübəsində yeni bir formatın ərsəyə gətirilməsi ilə tarixə iz salacaq.
Bu istiqamətdə əlindən gələnləri edəcək gənc və gənc ruhlu Azərbaycan vətəndaşlarının əzmini dilə gətirmək istəyirəm. Bu işdə dəstək ola biləcək hər kəsdən kömək gözləyir və əməkdaşlığa dəvət edirəm.
Çingiz Səfərov,
Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi
Tel.: 0706633223
Email: [email protected]