Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc üzvü polis tərəfindən saxlanılıb. Yaxınlarının "Azadlıq" qəzetinə bildirdiyinə görə, Ruslan Nəsirli özü bu haqda xəbər verib.
Ruslan yalnız telefonda onu polisə müqavimət göstərməkdə ittiham etdiklərini, hazırda Yasamal Rayon Məhkəməsinə gətirildiyini deyə bilib.
Yasamal Rayon Məhkəməsi Ruslan Nəsirlini inzibati qaydada 20 sutka azadlıqdan məhrum edib.
Xatırladaq ki, son bir sutka ərzində artıq 3 AXCP üzvü eyni itthamla həbs edilir.
Modern.az