Modern.az

Prokurorluq orqanlarına sənəd qəbulunun vaxtı uzadıldı

Prokurorluq orqanlarına sənəd qəbulunun vaxtı uzadıldı

Təhsil

8 Aprel 2015, 10:15


Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərləmüsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

Heydər Əliyev tərəfindən əsası qoyularaq bu gün də uğurla davam etdirilən şəffaf və obyektiv meyarlar əsasında müsabiqə yolu ilə qulluğa qəbulun keçirilməsi yeni nəsil prokurorluq işçilərinin formalaşmasında mühüm vasitə olmuş, prokurorluq orqanlarının kadr heyətinin mütəmadi olaraq, yüksək hazırlıqlı, zəruri peşə keyfiyyətlərinə və zəngin dünyagörüşünə malik gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaradıb. Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə ilə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat almaq olar.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə