Mərkəzi Seçki Komissiyası ödənişli təşviqat aparmaq istəyən KİV-lərin müraciətlərini qəbul etməyə başlayıb. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə, parlament seşkilərində ödənişli təşviqat aparmaq istəyən KİV-lər mütləq MSK-ya müraciət edib qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onların təşviqatı qeyri-qanuni sayılacaq.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, ödənişli təşviqatın aparılması ilə bağlı artıq MSK-ya müraciət edən KİV-lər var. Seçkilərdə ödənişli təşviqatında iştirak etmək istəyən KİV-lər oktyabrın 7-nə qədər sənədlərini MSK-ya təqdim etməlidir.