Modern.az

Milli Ordunun əsgəri həlak olub

Milli Ordunun əsgəri həlak olub

17 Sentyabr 2010, 13:09

Azərbaycan Milli Ordusunun əsgəri cəbhə xəttindəki hərbi hissələrdən birində həlak olub. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlik bildirib ki, hadisə sentyabrın 16-sı səhər saatlarında Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş verib. Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Rufət Zaur oğlu Səmədov aldığı güllə yarasından həlak olub. Hadisə hərbi hissənin əsgəri, 19 yaşlı Amil Rəşid oğlu Kərimovun silahı boşaldarkən onunla ehtiyatsız davranması nəticəsində baş verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Allah rəhmət eləsin!

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə