Bu barədə Modern.az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah Fəttah bildirib. Onun sözlərinə görə partiyanın Sədrlər Şurasının toplantısında yürüş haqqında qərar verilib:
"Toplantıda qərara alınıb ki, 19 aprel saat 16:00 da “20 yanvar” metro stansiyasından Zərdabi küçəsindən keçməklə, "Məhsul" stadionunda qətnamənin oxunması ilə yekunlaşan yürüş-mitinq üçün BŞİH-nə məktub ünvanlansın.
Eyni zamanda birgə aksiyaların keçirilməsi ilə bağlı siyasi-ictimai təşkilatlarla məsləhətləşmələr aparılsın”.
Modern.az