Suriyada Bəşər Əsəd rejimini sərt tənqid edən imam Abdul Hadi Arwani Londonda maşınında ölü tapılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, İngiltərə polisi hadisə ilə bağlı istintaqa başlayıb. Londonda An-Noor Məscidində daha əvvəl imamlıq edən Suriya doğumlu 48 yaşlı Abdul Hadi Arwani 3 uşaq atası idi.
Suriya prezidenti Bəşər Əsədə müxalif kimi tanınan Arwani Londonda daha əvvəl aparılan rejim əleyhdarlarının keçirdiyi bir çox etiraza dəstək vermişdi. İngiltərə mətbuatı gündüz küçənin ortasında işlənən cinayətlə bağlı Suriya rejimindən şübhələnir. Məsciddə baş verən münaqişə səbəbindən bu cinayətin törədilə biləcəyi də qeyd olunur.
Modern.az