Modern.az

Razi Nurullayevin yerinə kim gələcək? – AXCP-dən AÇIQLAMA

Razi Nurullayevin yerinə kim gələcək? – AXCP-dən AÇIQLAMA

Təhsil

9 Aprel 2015, 11:22

 

Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev partiyadan kənarlaşdırılıb.

Modern.az saytı AXCP sədrin müavini Fuad Qəhrəmanlıdan Razi Nurullayevin yerinə kimin gətiriləcəyi barədə soruşub.

O bildirib ki, bu məsələ partiyada müzakirə olunmur:

“Ümumiyyətlə Razi Nurullayevin yerinə kiminsə gətirilməsi və partiyada müzakirə olunması gündəmdə deyil. Buna görə də, məsələ ilə bağlı hər hansı fikir demək olmaz”.

Razi Nurullayev vəzifəsindən çıxarılmamışdan öncə Əli Kərimli ilə görüşüb. Bu görüşün nəticəsi olaraq onun sədr müavini vəzifəsindən kənarlaşdırılması barədə Əli Kərimli  sərəncam verib.

Yeganə OQTAYQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə